turklehceleri.org

Çəkmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

çəkmək

f.
1. Bir şeyi tutub özünə və ya başqa bir tərəfə dartmaq. İpi çəkmək.
2. Özünə tərəf çəkərək açmaq. Yazı stolunun yeşiyini çəkmək. Kamodun gözünü çəkmək. – Sədr stolun siyirməsini çəkib, böyük bir yazılı vərəq çıxartdı. M.İbrahimov.
3. Bir şeyi başqa bir şeyin içərisindən çəkib çıxarmaq. Qılıncı qınından çəkmək. – Rüstəm kişi .. tüstülətməkdə olduğu trubkasını ağzından çəkdi.. M.İbrahimov. Hacı səsindən Mərdanı tanıdı və qəlyanını ağzından çəkdi. Mir Cəlal.
4. Dartmaq, tutmaq. Çəkib Əmirxanın qolundan Elyar; Apardı onların üstünə sarı. S.Vurğun.
5. Sıxmaq, dartmaq. Cəmil təzə atlaz köynəyi geydi və üstündən əsgər toqqasını bərk çəkdi. Q.İlkin. Belini sadə ensiz qayışla bərk çəkdiyi üçün [İkram] əslində olduğundan arıq gözə dəyirdi. Ə.Əbülhəsən.
6. Özünə və ya başqasına yaxınlaşdırmaq, yaxın qoymaq. Nimçəni qonağa tərəf çəkmək. – Həsən kişi tünd çay dolu stəkanı qabağına çəkdi. M.İbrahimov. Mərdan Gövhərin qabağına çay qoydu. Qənddanı ona tərəf çəkdi. İ.Qasımov.
7. Lazımi yerə qoymaq, yaxınlaşdırmaq. Stolu pəncərəyə tərəf çəkmək. – [Nəbi:] Kürsünü çək, otur. S.S.Axundov.
8. Qolundan və s.-dən tutaraq içəri aparmaq və ya bayıra çıxarmaq. Qonaqları içəri çəkmək. – Qarı atları tövləyə çəkib, yem verdi. (Nağıl).
9. Bir yerə və ya bir şeyin yanına aparmaq. Mətbəxə çəkmək. – [Qadın] sonra qolumdan tutub, çəhrayı abajurlu elektrik çırağının altında qoyulmuş ağ örtüklü stola tərəf çəkdi.. İ.Əfəndiyev. Cuma Göyçəyi stansiyanın qaranlıq guşəsinə çəkdi. Ə.Əbülhəsən.
10. Örtmək, bağlamaq, qapamaq. Pəncərəni çəkmək. – Kişi qapıları çəkmək istədi. Mir Cəlal. Aslanın anası dalımca qapını çəkdi, gəldiyi kimi də səssizcə addımlarla qayıdıb, yerinə uzandı. M.Hüseyn. // Örtmək, salmaq. Ağca xanım yorğanı başına çəkib, .. bir azdan sonra yuxuya getdi. S.S.Axundov. [Maya] mil-mil göy adyalı üstünə çəkdi. M.İbrahimov.
11. Sərmək, salmaq. Stolun üstünə süfrə çəkmək.
12. Yemək üçün xörəyi qablara qoymaq. Aşı nimçəyə çəkdi. – Arvad bir nimçə sıyıq çəkib, qoydu ortalığa. (Nağıl). [Qərənfil xala] xörəyi çəkdi, ərinin qabağına qoyub, toyuqları hinə salmaq üçün həyətə çıxdı. Ə.Vəliyev.
13. Bir şeyin, adətən tütünün tüstüsünü içinə almaq və buraxmaq. Çubuq çəkmək. Trubka çəkmək. – [Əbdül:] Gördüm, Kərim oturub, qəlyan çəkir. Ə.Haqverdiyev. Əvəz kişi də dərdli-dərdli papiros çəkməyə başladı. Ə.Vəliyev.
14. Davam etmək, sürmək, vaxt aparmaq. İmtahan üç saat çəkdi. Konsert iki saat çəkdi. İclas uzun çəkdi. – Bu yoxlama yarım saata qədər çəkdi. H.Nəzərli. Bu toyların bir çoxu iki-üç gün çəkmişdi. S.Rəhimov.
15. Üyütmək, un, yarma və s. halına salmaq. Buğdanı çəkmək. – Axşam lampa işığında Telli əldəyirmanilə yarma çəkirdi. S.Hüseyn.
16. Götürmək, qaldırmaq. ..Veys [Ağasəfərin] sözünü kəsdi və membranı valın üstündən çəkmək istədi. Ə.Əbülhəsən.
17. Vurmaq, ilişdirmək. Şillə çəkmək. – Nəbi nəçənniyə bir neçə çəkdi. Nəçənnik yalvarmağa başladı. “Qaçaq Nəbi”. Uşaq .. söyüd çubuğu ilə Əkbərin çılpaq baldırına çəkdi. Mir Cəlal.
18. Çəkisini müəyyənləşdirmək. Qızıl gülü əkərlər; Misqal ilə çəkərlər. (Məsəl). [Xudayar bəy:] Götür, bir kəllə çək, görək nə qədər gələr? C.Məmmədquluzadə.
19. Tikmək, etmək. Hasar çəkmək. Divar çəkmək. – ..Bu il biz çaya bənd çəkib, qırıq taxta körpünün əvəzinə dəmir, asma körpü quracağıq. Ə.Vəliyev.
20. Kanal, yol və s. düzəltmək; tikmək. Şose yolu çəkmək. Suvarma kanalı çəkmək.
21. Telefon, elektrik, radio və s. ilə təchiz etmək üçün müəyyən işlər görmək. Telefon çəkmək. İşıq çəkmək. Radio çəkmək.
22. Sürtmək, gəzdirmək, sığallamaq. Əlini üzünə çəkmək. – Zəhra, yaralının başını dizi üstünə aldı, əlini başına çəkdi. Ə.Vəliyev. Əmrah əllərini bığına çəkdi, ilğımdan qamaşan gözlərini qıydı. Q.İlkin.
23. Rəsm etmək. Kənd mənzərəsi çəkmək. – [Tapdıq] şəkilləri də ala-babat çəkib qurtardı. Ə.Vəliyev. [Ləman] qayınanasının şəklini bir çox vəziyyətlərdə çəkmişdi. H.Seyidbəyli.
24. Fotoaparatla şəkil almaq. Şəkil çəkmək. Nümayişçiləri çəkmək.
25. Geymək. Plaşını əyninə çəkmək. – [Bəbir bəy] gümüş toqqasını bağladı. Boğazlı çəkməsini ayağına çəkdi. Mir Cəlal.
26. Rəngləmək, boyalamaq, rəng (boya) sürtmək. Evin səqfinə rəng çəkmək.
27. Malalamaq, suvaqlamaq. Mala çəkmək. Astar çəkmək.
28. məc. Cəlb etmək, həvəsləndirmək, çox maraqlandırmaq. Kənd mövzusu rəssamı çəkir.
29. məc. Oxşamaq, bənzəmək. Atasına çəkmək. – [Rüstəm Mayaya:] Ana tərəfə çəkmisən, Qarabağ xanımları zərif doğrayan olur. M.İbrahimov.
30. Destillə yolu ilə bir maddədən başqa maddə almaq, tədqiq etmək. Spirt çəkmək. Araq çəkmək.
31. Bir sıra isimlərdən sonra gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: zəhmət çəkmək, qəm çəkmək, baş çəkmək, ah çəkmək, misal çəkmək, keşik çəkmək, əzab çəkmək, dağ çəkmək və s.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

çəkmək

I. dartmaq, gərmək, uzatmaq
{tartmak, germek, uzatmak}

II. çıxartmaq, dartmaq
{çıkartmak, tartmak}

III. sürümək, daşımaq, aparmaq
{sürümek, taşımak, götürmek}

IV. götürmək
{götürmek}

V. təmizləmək, saflaşdırmaq
{temizlemek, saflaştırmak}

VI. toplamak, yığmak, cəmləmək
{toplamak, yığmak, cemetmek}

VII. oxşamaq, bənzəmek
{andırmak, benzemek}

VIII. sormaq, udmaq, sümürmək
{sormak, yutmak, sömürmek}

IX. vurmaq, ilişdirmək
{vurmak, iliştirmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

çəkmək

çekmek, sigara içmek, tartmak


Son arananlar: