turklehceleri.org

ley

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ley

is. Qısadimdik, alıcı – yırtıcı quş. Ley vuran oldu, mənim kimi tükü dağılan olmadı. (Ata. sözü). Birdən xəzəl kimi qopur yerdən; Küləyə qoşulub qaçır; Tükünü ley dağıtmış; Boz bir quş olub qaçır. R.Rza. Səməndər leydən qorxmuş sərçə kimi qımıldanmadı. B.Bayramov. • Ley kimi – çox cəld, çox sürətlə, çox iti. [Həmzə] bir də diqqət eləyəndə gördü, budu Koroğlu Qıratın üstündə elə gəlir, elə gəlir ki, ley kimi. “Koroğlu”. [Nazlı:] Dayan! Bu saat bir qıy vurram, Mustafa ley kimi başının üstün alar. Ə.Məmmədxanlı.


Son arananlar: