yuxa
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yuxa
is.
1. Nazik yayılmış (mayasız) xəmirdən sacda bişirilən çörək növü; yayma. Yuxa, yuxa, yolda tıxa. (Ata. sözü). Aradan bir az keçməmişdi ki, Səhnəbanının anasını yuxa üstünə apardılar. “Aşıq Ələsgər”. Göyçək arvad bir büküm yuxanın arasına cızdaq doldurub poçtalyona uzatdı. Ə.Vəliyev. Mələk qarı təzə buğda unundan xəmir edib sacda yuxa bişirirdi. S.Şamilov.
2. məc. Yumşaq, nazik, zərif şey haqqında. Əmanət, əmanət; növki-müjkanın; Toxunmasın, qanar, yuxa üzünə. Q.Zakir. [Ovçu:] Qızım, – dedi, – ürəyiniz yuxa olur, bilirəm, amma [quşlar] bizim üçün yaranmışdır. Mir Cəlal. [Rüstəm:] Hava da bərk dolub, yağacaqdır. Əynin də yuxadır. S.Rəhimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
yuxa
I. yayma
{yayma}
II. nazik, yumşaq, zərif
{nazik, yumuşak, zarif}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
yuxa
yufka