quşqonmaz
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
quşqonmaz
I. sif. Çox uca, çox yüksək. Quşqonmaz dağlar. – Quşqonmaz qayalar vermiş baş-başa; Xəyalım az qalıb oynayıb coşa. S.Vurğun. ..Qəsr-qala .. Terekin sol sahilində quşqonmaz qayaların zirvəsində tikilmişdir. M.İbrahimov.
II. is. bot. Efir yağlarına malik və tərkibində aşı maddəsi olan nazik gövdəli, sarı tikanlı ot bitki. Quşqonmaz – çoxillik ot olub, bataqlıq yerlərdə və çay kənarlarında bitir.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
quşqonmaz
uca, yüksək
{yüce, yüksek}