turklehceleri.org

Saxlamaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

saxlamaq

f.
1. Bir şeyi əlində (ağzında, dişində və s.-də) tutub düşməyə qoymamaq. Açarı əlində saxlamaq. İpi dişində saxlamaq. – Başımı aşağı dikib durduğum halda əlimdəki çörək qismətini yumruğumda saxlamağa başladım. A.Divanbəyoğlu. Bayram pulu açıb bir neçə dəqiqə əlində saxladı. M.Hüseyn.
2. Hərəkətini kəsmək, dayandırmaq, əyləmək. Maşını qapıda saxlamaq. Avtobusu dayanacaqda saxlamaq. – Aralarında ən yaşlıları olan Rəşid atı saxladı. H.Nəzərli. [Leytenant] elektrik fanarları ilə işıqlanmış küçənin ortasında motosikli saxladı. İ.Əfəndiyev.
3. Getməsinə, irəli hərəkətinə mane olmaq, qabağını kəsmək, dayandırmaq. Uşaqları meydanda saxlamaq. Adamların qabağını saxlamaq. – İnsanlar isə bu köhlən ata kəmənd atır, onu saxlamağa çalışırdılar. Ə.Vəliyev. Dürrə.. polislərə çatmağa az qalmışdı ki, kimsə onu saxladı... S.Vəliyev.
4. Sahib olmaq, həvəskarı olmaq, bəsləmək (heyvan haqqında). İnək saxlamaq. Arı saxlamaq. İt saxlamaq. – Əmioğlumun peşəsi qoyun saxlamaq idi və qoyunları da kürd çobanlarına tapşırmışdı... C.Məmmədquluzadə. ..Güman etdim ki, Eldarın saxladığı ya poçt göyərçinləridir, ya da eləcə quşlara rəhmi gəlib onlar üçün hin qayırmışdır. M.Rzaquluzadə.
5. Yaşamaq üçün lazım olan vəsaitlə təmin etmək, dolandırmaq. Yetimləri saxlayıb böyütmək. Ev saxlamaq. Uşaqlarını saxlamaq. – Nənəcan mamalıq edib qızını saxlardı və yaxşı da saxlardı. N.Nərimanov. [Ana Nərgizə:] Axı indi mən evi təkbaşıma saxlayıram, qızım, nahaq yerə niyə pul xərcləyək? Ə.Məmmədxanlı.
6. Mühafizə etmək, qoruyub saxlamaq. Ana gəlinlikdən bir örpək saxlayırdı. C.Cabbarlı. Kərimbəy, kim bilir, haçandan saxladığı təzə, tiftik əlcəyi Nərimana verdi. Mir Cəlal.
7. Gizlətmək, heç kəsə göstərməmək. Qiymətli şeyləri sandıqda saxlamaq. Sənədləri seyfdə saxlamaq. – [Gülbahar Məmmədkərimə:] Portfelinizi ayaq altına niyə qoymusunuz? Veriniz, şkafda saxlayım. H.Nəzərli. // Bir sözü, sirri və s.-ni heç kəsə deməmək, yaymamaq, gizli saxlamaq. [Dəmirqaya:] Hərbi sirri möhkəm saxlamamışdır. H.Nəzərli.
8. Dayaq olmaq, yıxılmağa, uçmağa qoymamaq. Tirləri divar saxlayır. Balkonu dörd sütun saxlayır.
9. Ehtiyat görmək, qoruyub saxlamaq. Qışa buğda saxlamaq. – Saxla samanı, gələr zamanı. (Ata. sözü).
10. Müəyyən bir məqsəd ünün özünə köməkçi, xidmətçi tutmaq. Qulluqçu saxlamaq. – Varlıların çoxu özlərini və mədənlərini qorumaq məqsədilə yanlarında qoçu saxlayırdılar. A.Şaiq. [Yaşlı kişi:] Hacı Mirzə Baba mənə bir xidmətçi və ya aşpaz saxlamağı təklif etmişdisə də, qəbul etməmişdim. S.Hüseyn. Hacı Səmsam .. oğlu üçün lələ saxlamırdı. P.Makulu.
11. Əvvəlki keyfiyyətini mühafizə etmək, qorumaq. Gözəlliyini saxlamaq. Dişini yaxşı saxlamaq. – “Molla Nəsrəddin” realizmi və satirası yenə də öz inkaredici, ifşaedici xüsusiyyətlərini saxlayır. M.İbrahimov. Yarpaqlar hələ də öz təravətini saxlayırdı. M.Hüseyn.
12. Bir yerdə qalmağa, durmağa məcbur etmək. Komandanı arxların dərin bir yerində saxlamaq lazım idi. H.Nəzərli. Firidunu polk qərargahının qarşısında saxlamışdılar. Mir Cəlal. // Hər hansı bir vəziyyətdə qalmağa məcbur etmək. Şəhəri mühasirədə saxlamaq. Cəhalətdə saxlamaq. Şeyləri səliqəli saxlamaq. Təhlükə altında saxlamaq.
13. Sözünü, işini və s.-ni davam etdirməyə qoymamaq, yarımçıq kəsmək. Elə burda saxla. Yığıncağı saxlamaq. – Saxlayıb iclası elə bu zaman; Süzür vuruşmanı igid pilotlar. M.Rahim.
14. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: ayaq saxlamaq, dilini saxlamaq, başını saxlamaq, özünü saxlamaq, göz üstə saxlamaq və s.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

saxlamaq

I. qorumaq
{korunmak}

II. yaxalamaq, tutmaq
{yakalamak, tutmak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

saxlamaq

alıkoymak, dindirmek, tutmak


Son arananlar: