turklehceleri.org

qamət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qamət

is. [ər.]
1. Boy, boy-buxun, qədd. Der idim qamətinə sərv, vəli özgə imiş. Füzuli. Qamətin tək heç bir qamət biçilməz. M.P.Vaqif. Sərvi xar etdi, əcəb, bu qamətirənayə bax. Heyran xanım. Fəda o qamətinə kim, qəza nə xoş çəkmiş. X.Natəvan.
2. Bel. Bir əllə də qılınc vurmaq mənim köhnə adətimdir! Buna şahid qocalsam da, bükülməyən qamətimdir! S.Vurğun. • Qaməti bükülmək (əyilmək) – beli əyilmək (bəzən qocalmaq mənasında). Dərd yükünün ağırlığı altında əyilməyə başlayan qamətini, ayaqları ağır-ağır qapıya sarı çəkdi. Ə.Əbülhəsən.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qamət

I. boy-buxun, qədd
{boy pos, endam}

II. bel
{bel}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qamət

bünye


Son arananlar: