turklehceleri.org

tağ

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

tağ

I. is. Qovun, qarpız, xiyar, pomidor və s. bostan bitkilərinin yerlə sürünən kolu. Pomidor tağı. – Onu Taşauzda gördüm, kefi saz; Ətirli tağlardan qovun dərərkən. S.Rüstəm.

II. is. [farscadan] Bəzi binaların yarımdairə şəklində olan damı; qübbə, günbəz. Hədsiz səslər bir-birinə qarışıb – hamamın tağlarına düşmüşdü.. Çəmənzəminli. Nəriman kənarda dayanıb, binanın tağına baxmaq fikrində idi. Mir Cəlal. // Körpünün iki dayağını birləşdirən qövsşəkilli hörgü. // Böyük qapıların adətən qövs şəklində olan üst hissəsi. Qəmərin nallarından qopan səs qala qapısının tağına düşüb cingildədi. Çəmənzəminli. // Sif. mənasında. Tavanı bu şəkildə olan; tağlı. İçərişəhərdə, yuxarı bazarda, Qoşa karvansaranın altında tağ bir zirzəmi vardı. H.Sarabski.

III. is. Saçın iki yerə ayrılan yeri; həmin hissələrdən hər biri. Əlilə tağını düzəldən zaman; Yaxından duyuldu ayaq səsləri. M.Müşfiq. • Tağ ayırmaq – saçı iki hissəyə ayırmaq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

tağ

I. qübbə, günbəz
{kubbe, kümbet}

II. alaqapı
{ala kapı (şehrin büyük giriş kapısı)}

III. kol
{kol}


Son arananlar: