turklehceleri.org

qaralamaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qaralamaq

f.
1. Qara rəng çəkmək, qara sürtmək, qara rənglə çirkləndirmək, qara rəngə batırmaq. Uşaqlar divarları kömür ilə qaralamışlar. // Cızma-qara etmək.
2. Əl ilə yazmaq. O, əlindəki karandaşla qabağında duran bir parça kağızı qaralayırdı. – Sərvərov tez stol yeşiyindən kağız çıxarıb əmri qaraladı, özü aparıb makinaçıya verdi. Mir Cəlal. // Bir şeyin ilk mətnini, ilk layihəsini, planını yazmaq, qeyd etmək, eskizini çəkmək. Məqalənin mətnini qaraladım. – Səhərdən axşamacan Dədə palıdın kölgəsində oturub kağız-kuğuz qaraladı. İ.Məlikzadə. Gənc rəssam şahidi olduğu mənzərəni tələsik dəftərinə qaralayırdı. Ə.Məmmədxanlı.
3. Yazılmış yazının üstündən qələm çəkmək, pozmaq. Siyahıda adını qaraladılar. – ..Kazım ilə söhbətdən sonra müdir onun adını qaraladı. Mir Cəlal.
4. məc. Ləkələmək, qara yaxmaq, üstünə böhtan atmaq, biabır etmək. Adamı qaralamaq yaxşı iş deyil. – Balaxanım Lələşova dedi: – Sən kiri, sən ona-buna söz atıb onubunu qaralama. S.Rəhimov. Tariximin neçəneçə varağını; ləkələdi; qaraladı. B.Vahabzadə.
5. İtirmək, qarışdırmaq, pozmaq; görünməz, nəzərə çarpmaz hala salmaq. İzini qaralamaq.
6. dan. Bir şeyin yerini, bünövrəsini nişanlamaq. Burada toxumların yerini qaralamışıq. Çəpərin yerini qaralamaq. – Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, ən qoca palıdın hənirini eşidirdi. İ.Məlikzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qaralamaq

I. pozmaq, cızmaq
{bozmak, çizmek}

II. yazmaq
{yazmak}

III. itirmək, pozmaq
{yitirmek, bozmak}

IV. ləkələmək
{lekelemek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qaralamaq

karalamak


Son arananlar: