sayılmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sayılmaq
məch.
1. Hesablanmaq, sayı, ədədi bilinmək. Kitablar sayılıb qurtardı. Siyahılar sayıldı.
2. Hesab edilmək, bilinmək, ...kimi qiymətləndirilmək. [Rzaquluxan] kəndlilərin içində azadiyyət sözləri danışdığı üçün başqa kənd sahibləri tərəfindən mənfur sayılırdı. M.S.Ordubadi. ..Ərə gedib boşanmaq böyük bir qəbahət sayılırdı. Çəmənzəminli. // ...kimi tanınmaq, hesab edilmək. Sayılırsan vətən övladlarının bir fərdi; Vətən imdadinə iştə çağırır hər fərdi. A.Səhhət. Bibiheybət Bakının qədim neft rayonlarından biri sayılırdı. M.Hüseyn. Oğlan indi evin böyüyü sayılırdı. S.Vəliyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
sayılmaq
I. hesablanmaq
{hesaplanmak}
II. hörmətlənmək
{saygı görmek}