turklehceleri.org

cürbəcür

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

cürbəcür

sif. Müxtəlif. Cürbəcür kitablar almaq. Cürbəcür tamaşalara baxmaq. Cürbəcür şəhərlər gəzmək. – Məmmədbağırın başına cürbəcür planlar gəlirdi. S.Hüseyn. Cürbəcür bioloqlar cinsiyyət və irsiyyət haqqında cild-cild elmi əsərlər yazmışlar. M.Rzaquluzadə. // Növ-növ, hər növ, hər cür, çeşid-çeşid, dürlü-dürlü. Cürbəcür xırdavat. Cürbəcür xörəklərdən yemək. – Hər rəngə çalan cürbəcür cücülər otlara mərcan kimi sarılmışdı. S.S.Axundov. Gövhər xanım yan otaqdan cürbəcür şirniyyat və mürəbbə gətirib süfrəyə düzdü. Q.İlkin.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

cürbəcür

müxtəlif, ayrı-ayrı, başqa-başqa
{muhtelif, farklı, çeşitli}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

cürbəcür

öteberi, türlü


Son arananlar: