turklehceleri.org

vüsal

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

vüsal

is. [ər.] şair. Görüşmə, qovuşma; sevgilisinə çatma. Ey Füzuli, kəsmə ol məhvəş vüsalından ümid. Füzuli. İstər vüsalını Vidadi xəstə; Üz xakə fərş elər, düayə düşər. M.V.Vidadi. Dərmansız dərdimə bulunmaz çarə; Müyəssər olmasa vüsalın, Pəri. Mirzə Həsən. [Ənvər:] Milyonlarca gənclərin min bir həsrət və intizarla gözlədiyi vüsalın sağlığına! Mir Cəlal. • Vüsalə yetmək (çatmaq) – sevgilisinə qovuşmaq, istədiyinə qovuşmaq, nail olmaq. Vüsalə yetməz əlim, zarü natəvan, ölürəm. Natəvan.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

vüsal

görüşmə, qovuşma
{buluşma, kavuşma}


Son arananlar: