Hərzə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
hərzə
[ər.]
1. is. Mənasız söz, boş söz, hədyan, söyüş. Bu hərzəvü hədyanlara kimlər qulaq asdı; Kim verdi bu axmaq sözə qiymət, uçitellər? M.Ə.Sabir.
2. sif. Mənasız, boş, cəfəng, nalayiq. Hərzə sözün mərəzi gələr. (Ata. sözü). Zeynal özünün və evinə gələn qonaqlarının hər bir nalayiq və hərzə hərəkətlərini “yeni həyatın icabatı” deyə göstərmiş, .. Mehribandan üzr istəməklə könlünü ələ almışdı. S.Hüseyn. // Zərf mənasında. Adam var ki, dediyindən utanmaz; Hey hərzə danışır üzə dünyada. Aşıq Ələsgər. Hərzə danışma, kişi, gözlə ədəb, zinhar! M.Ə.Sabir.
3. sif. Boşboğaz, çərənçi, lağlağı, ağzıgöyçək, ağzıyava, hərzəgu. Yoxsa, ay hərzə kişi, bir quru sözdən ötəri; Darıxırsan, deməyirsən ki, uşaqdır uşağım. M.Ə.Sabir. Kapitan hərzə adamlara məxsus bir əda ilə gülümsədi. P.Makulu. ‣ Hərzə yerə – boş yerə, əbəs yerə, mənasız. Hərzə yerə laflar vurarsan; Torpaq ilə gülü sovurarsan. Xətayi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
hərzə
I. cəfəngiyat, mə’nasız, boş, yalan
{saçmalık, manasız, boş, yalan}
II. boşboğaz, naqqal, çərənçi, laqqırtı, ağzıyava, ağzıpörtov
{boşboğaz, zevzek, geveze, lafazan, dedikoducu, çalçene}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
hərzə
dedikoducu, saçmalayan, yalan, zevzek