turklehceleri.org

büruz

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

büruz

[ər.] Ancaq köməkçi feillərlə: büruz eləmək (etmək) – bax büruzə vermək. Sordum dəhanını, dedi dil: sirriqeybdir; Öz əczini büruz elədi bu cavab ilə. S.Ə.Şirvani. Gah-gah, bir para əfradi-bəninövi-bəşərdən büruz edir. M.F.Axundzadə; büruzə çıxarmaq – bax büruzə vermək 2-ci mənada; büruzə vermək – 1) üzə çıxarmaq, aşkara çıxarmaq, göstərmək. Yenə Mirzə Məmmədəli narazılığını büruzə verib başını bulayır. C.Məmmədquluzadə. Lakin Tərlanın səsi titrəyirdi. Böyümüş gözləri içindəki həyəcanı ancaq aydın büruzə verirdi. M.Hüseyn; 2) aşkara çıxmaq, üzə çıxmaq, özünü göstərmək, görünmək. [Ov itlərinin] xasiyyətləri ovda büruzə verərdi. S.S.Axundov; büruzə verməmək – üzə verməmək, göstərməmək, aşkara çıxarmamaq. [Şəfiqə] öz narazılığını büruzə verməmək üçün çölə çıxdı. Ə.Vəliyev.


Son arananlar: