turklehceleri.org

əhdpeyman

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əhd-peyman

is. [ər. əhd və fars. peyman] Bir-birinə təntənəli surətdə söz vermə, əhdləşmə. Bir xeyli zamandır, getdi gəlmədi; Əhd-peymanına qurban olduğum. Ə.Cavad. Mənə elə gəlir ki, bu söhbətlər əbəsdir. Belə əhd-peymanlar, nəsihətlər əbəsdir. S.Rüstəm. • Əhd-peyman bağlamaq – bax. əhd-peyman etmək. Nigar xanım atasının yanından durub birbaş gəldi reyhanlığa, həmin yerdə ki Məstanla görüşüb əhd-peyman bağlamışdı. (Nağıl). Əhd-peyman etmək – bir-birinə təntənəli surətdə söz vermək, əhdləşmək, andlaşmaq. İki həsrətli əhd-peyman edib ayrıldılar. “Aşıq Qərib”. İstəyirsən səninlə bu barədə əhd-peyman edim. S.S.Axundov.


Son arananlar: