turklehceleri.org

cındır

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

cındır

sif. Tamam köhnəlib yaramaz hala gəlmiş, cırıq-cırıq olmuş, geyilməsi qalmayan, yıpranmış. Dilənçi, qoltuğundakı köhnə paltarı ki, ona Allah payı vermişdilər, Nurəddinə geyindirdi və bir cındır yaylıqla başını örtdü. S.S.Axundov. [Toxucuların] əksəriyyəti .. cındır çit çadralara bürünmüş qadınlar idi. Ə.Məmmədxanlı. // is. mənasında. Əsgi parçası, yıpranmış, yırtılmış, cındır hala gəlmiş paltar və s. ‣ Cındırından cin hürkür – üst-başı tamam tökülmüş, cın-cındır geyinmiş adam haqqında. Gözünə girsin, .. o vaxt cındırından cin hürkürdü, indi forma geyib nəçərnik olmusan. S.Rəhimov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

cındır

əski, cinda, cırıq
{eski, hurda, kırık}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

cındır

çaput


Son arananlar: