turklehceleri.org

yönəlmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yönəlmək

f.
1. Bir tərəfə istiqamət alıb getmək, üz tutub getmək, istiqamət almaq. Hamımız səs gələn tərəfə yönəldik. Gəmilər adaya doğru yönəldi. – Koroğlu Nigara tərəf yönəldi. “Koroğlu”. [Faytonun] içindən İmamverdi baba çıxıb Nurəddinə tərəf yönəldi. S.S.Axundov. // Bir şey üçün yanaşmaq, yanına getmək, müraciət etmək. [Xortdan:] Əlində maya düzəltmək üçün qədim dost və aşnalarına yönəldi.. Ə.Haqverdiyev.
2. Gəlmək, üz tutmaq. [Bəkir:] Qayanın üstündən gördüm, iki dəstə atlı bizə sarı yönəliblər. N.Vəzirov.
3. Üzünü çevirmək, dönmək, çevrilmək.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

yönəlmək

I. getmək
{gitmek}

II. gəlmək
{gelmek}

III. dönmək, çevrilmək
{dönmek, çevrilmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

yönəlmək

yönelmek


Son arananlar: