sifariş
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sifariş
is.
1. Bir şeyi hazırlamağı, yerinə yetirməyi və ya gətirməyi tapşırma, ismarlama. Sifarişlər qəbulu. – Hər iki qonağın başı üstündə iki nəfər qız durub sifarişləri qəbul edirdi. M.S.Ordubadi. // Hazırlanması tapşırılan şey, sifariş edilmiş şey. Sifarişi qurtarmaq. Sifarişlərin verilməsi. Sifarişləri vaxtında yerinə yetirmək. – Kosa öz qohumu evində gecələmiş, Əsgərin sifarişini tədarük etmiş, indi də ağ bağlamada aparırdı. S.Rəhimov. • Sifariş eləmək (etmək) – bir şey hazırlamağı, ya gətirməyi tapşırmaq, ismarlamaq. Bir yana sifariş eləyəndə bir nişanə göndərmək qədim adətlərin biridir. C.Məmmədquluzadə. Kərbəlayı Xəlil bacısına dedi ki, bu gün yağ, yumurta və süd göndərər, əti də qəssaba sifariş edər. T.Ş.Simurq. [Mürsəl kişi Yunusa:] Atana üç dəfə kağız göndərmişəm, sifariş eləmişəm ki, tez səni göndərsin, imtahanlar qurtarıb, bu gün-sabah dərslər başlanacaq. Ə.Məmmədxanlı.
2. Tapşırıq. ..Qayadibi camaatı Səfərdən dəhşətli bir sifariş aldı. S.S.Axundov. Bu iki ailənin qudalığı bir-birilə baş tutarsa, qız evi sifariş göndərir ki, filan gündə nişan gətirsinlər. R.Əfəndiyev.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
sifariş
ısmarlama, sipariş