turklehceleri.org

boyanmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

boyanmaq

f.
1. Rənglənmək, boya ilə örtülmək, boya qəbul etmək. Parça yaxşı boyanır. // Məc. mənada. Hər yer batan günəş şöləsi ilə boyanmışdı. – Yer üzü qırmızımtraq bir rəngə boyanırdı. Ə.Əbülhəsən.
2. Batmaq, bulanmaq. Al qana boyanmaq. – Şahin-şunqar sürbənizi dağıdar; Boyanarsız qızıl qana, durnalar! M.V.Vidadi. // Özünü, üst-başını boyamaq, kirləndirmək, ləkələndirmək, batırmaq. Uşağın üst-başı mürəkkəbə boyanmışdır.
3. qayıd. Üz-gözünə boya sürtmək.
4. məc. Alışmaq, mübtəla olmaq. Biz atəşihicran ilə duzəxlərə yandıq; Sevdaya boyandıq. S.Ə.Şirvani.

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

boyanmaq

Boyanmak.


Son arananlar: