mövqe
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
mövqe
is. [ər.]
1. Yer, məhəl. // Bir şeyin baş verdiyi, olduğu yer.
2. Hər hansı bir adamın cəmiyyətdə, ictimai həyatda yeri, rolu, vəziyyəti. İctimai mövqe. – Vaqifin də sol yanda əyləşdirilməsi, onun sarayda qazanmış olduğu mövqeyi və hörməti göstərirdi. Çəmənzəminli. • Mövqe tutmaq – yer tutmaq, əhəmiyyəti olmaq, nüfuz qazanmaq. // Vəzifə, rütbə, dərəcə. [Zeynal] arxadaşlarına nisbətən daha yüksək bir mövqedə olduğunu göstərmək üçün deyirdi. S.Hüseyn. Arada nə vəzifə, nə də mövqe fərqi görünürdü. B.Bayramov.
3. Hərbi əməliyyat sahəsi, döyüş meydanı; cəbhə. O gündən bir saat da olsun Nəriman mövqeyindən yayınmamışdı. Mir Cəlal. • Mövqe tutmaq – döyüş üçün müəyyən yerdə hazır durmaq. [İdrisin] batalyonu azad etməyə can atdığı bir şəhərin qarşısındakı atəş xəttində mövqe tutmuşdu. Ə.Məmmədxanlı. İsmayıl kişi qocaman bir qoz ağacının altında, qaya dalında mövqe tutmuşdu. P.Makulu.
4. Vəziyyət, hal. [Səlma:] Aman, nə müşkül mövqedə qaldım, ah! H.Cavid. [Molla Xəlil] çıxılmaz bir mövqedə bulunurdu. S.Hüseyn.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
mövqe
mevki