Ərsə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ərsə
is. [ər.]
1. Meydan, açıq yer, boş yer; düzən. Bir ərsədə hər əsər ki gördüm; Sənsən deyib ol əsər, yügürdüm. Füzuli. Mahi-rəmazandır, yenə meydan da bizimdir; Meydan da bizim, ərsədə cövlan da bizimdir. M.Ə.Sabir. ‣ Ərsəyə gəlmək – meydana gəlmək, ortalığa çıxmaq. Bir cavan təzədən gəlib ərsəyə; Əcayib oğlandır, adı Məhəmməd. M.P.Vaqif.
2. Kamala yetmə, müstəqil həyat sürməyə başlama. ‣ Ərsəyə çatmaq – kamala yetmək, böyümək. [Dövlətlilər] boy atıb ərsəyə çatmamış alverə elə qurşanırdılar ki, .. heç bir peşə öyrənməyə də fikir verməyə macalları olmurdu. Ə.Əbülhəsən. Ərsəyə yetirmək (çatdırmaq) – böyütmək, yetişdirmək, ortalığa çıxartmaq. Ərsəyə yetmək (çatmaq) – böyümək, kamala çatmaq, müstəqil həyat sürməyə başlamaq.