turklehceleri.org

şəfa

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

şəfa

is. [ər.] Xəstəlikdən qurtarma, sağalma, yaxşılaşma. Şirin, meyxoş meyvələri; Min bir dərdə şəfa bağlar! Qoynu dolu səfa bağlar! R.Rza. Şəfqət! Nə ülvisən, şəfa səndədir; Ağır xəstələrə dava səndədir. M.Rahim. • Şəfa tapmaq (bulmaq) – xəstəlikdən qurtarmaq, sağalmaq. Ol vaxt mənim əhvalım o qədər pis deyil idi və İvanov həkimin davalarını yeyib gündən-günə şəfa tapırdım. C.Məmmədquluzadə. Dedim: “– Əl atmasa həkim bıçağa; Xəstə şəfa tapıb, durmaz ayağa”. M.Rahim. Şəfa vermək – sağaltmaq, xəstəlikdən qurtarmaq. Ver şəfa ləbindən, yazığam, mənə; Zəhri-fəraqınla ağulanmışam. Q.Zakir. Ağlar da, için-için edə ah; Bu körpəmə sən şəfa ver, Allah! A.Şaiq. ‣ Şəfa evi – bax. şəfaxana. Məktəblərə, şəfa evlərinə, yetim evlərinə ciblərindən pul çıxarıb verən üləmadır. C.Məmmədquluzadə. Allah şəfa versin – xəstələrə sağalma arzusunu bildirən ifadə. [Xala Yunisə:] Gördüm, bala, fağırın [Yaqutun] üzü-gözü çox yanıb, Allah özü şəfa versin. Ə.Məmmədxanlı.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

şəfa

sağalma, yaxşılaşma
{sağalma, iyileşme}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

şəfa

şifa


Son arananlar: