mühit
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
mühit
is. [ər.]
1. Hər hansı boşluğu dolduran və müəyyən xassələrə malik olan maddə, cisimlər. Hava mühiti.
2. İçərisində hər hansı bir orqanizmin fəaliyyəti cərəyan edən təbii və ya ictimai şəraitin məcmusu. Coğrafi mühit.
3. məc. İnsanın yaşadığı ictimai məişət şəraiti, habelə bu şərait ümumiliyi ilə bağlı olan adamlar. [Qoca Baxşı:] Sən illər boyu mühitimizi boğub üzən çürük fikirlərdən, acı dillərdən qorxursan. C.Cabbarlı. İnanırdım ki, Sarıköynək Bakı mühitinə tez alışar. S.Hüseyn.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
mühit
həyat, şərait, vəziyyət
{hayat, şerait, durum}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
mühit
ortam, vasat