turklehceleri.org

şaqqıltı

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

şaqqıltı

is.
1. Sınan, partlayan, birbirinə dəyən şeylərdən, habelə ildırım çaxmasından, tez-tez atılan güllədən çıxan bərk qırıq səs. Birdən dışarıda şaqqıltı gəldi, sonra otağın qapıları açıldı, içəri bir kişi itələyib saldılar. Çəmənzəminli. ..Göyün dağlara səda salan şaqqıltısı .. bütün kişiləri də qorxuya salır. S.S.Axundov. Pulemyotların şaqqıltısından qulaq tutulurdu. Ə.Vəliyev.
2. Bərkdən gülüş səsi, qəhqəhə səsi. Elə ki ikimiz olardıq, bir demək, bir danışmaq, bir qaqqıltı, bir şaqqıltı. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

şaqqıltı

I. şıqqıltı, çırtıltı, gurultu, xarıltı, gumbultu
{şakırtı, çıtırtı, gürültü, hırıltı, hayhuy}

II. cırıltı
{çıtırtı}

III. gülüş
{kahkaha}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

şaqqıltı

şakırtı


Son arananlar: