turklehceleri.org

zəmanə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

zəmanə

[ər.]
1. Dövr, zaman. Səni mənə bəxş elədi zəmanə; Yaxşı olan nəsib olmaz yamanə. M.V.Vidadi. [Heydər bəy:] Pərvərdigara, bu necə əsrdir, bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var. M.F.Axundzadə. Bəhram da bir çoxları kimi öz zəmanəsinin oğlu idi. Ə.Vəliyev.
2. İndiki zaman, hazırkı vaxt, müasir həyat. Zəmanə adamı (uşağı). – Ziba olduqca zəki, gözüaçıq bir zəmanə qızı idi. S.Hüseyn.
3. Bəxt, tale, fələk mənasında. Zəmanə saldı əcəb möhlətü məlalə məni. X.Natəvan. Yazıq Ələsgərdən üz döndəribsən; Ya bəxt yatıb, ya zəmanə dönübdü. Aşıq Ələsgər.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

zəmanə

I. dövr
{devir}

II. bəxt, tale
{baht, talih}


Son arananlar: