yanğın
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yanğın
is.
1. Binanı, əmlakı, ümumiyyətlə yana bilən hər şeyi geniş miqyasda qaplayıb məhv edən alov, atəş; habelə yanma prosesinin özü. Yanğın baş vermək. Yanğını söndürmək. Meşə yanğını. Yanğına qarşı tədbirlər. – Kükrəyib əsdikcə uğursuz külək; Yanğının şöləsi yayılır göyə. S.Vurğun. Mədəndə şiddətli bir yanğın vardı. M.Hüseyn. • Yanğın dəstəsi – yanğını söndürmək üçün ixtisaslaşmış şəxslərdən ibarət dəstə. Yanğın maşını – yanğını söndürmək üçün qüvvətli nasoslarla təchiz olunmuş maşın (avtomobil).
2. məc. Geniş sahələrə yayılan, hər tərəfi qavrayan bir hadisənin güclü təzahürü, inkişafı haqqında. Müharibə yanğını.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
yanğın
yangın