turklehceleri.org

çağlamaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

çağlamaq

f.
1. Çağıltı ilə axmaq, şırıltı ilə köpüklənərək tökülmək. Şəlalə çağlayır. – Göy otların arasından bulaqlar; Şırıltıyla köpüklənərkən çağlar. A.Səhhət. Nəbi .. qıjıltı ilə gedən çaylara, qayalardan çağlayıb tökülən şəlalələrə tamaşa edirdi. S.Rəhimov.
2. məc. Qaynamaq, coşmaq. Cəmisi bir ay əvvəl burada sakit və məsud bir həyat çağlayırdı. Mir Cəlal. O getdi, çağladı ürəyində kin; Getdi sorağında baharın, yazın. N.Xəzri. // Obrazlı təşbehlərdə. Könül hıçqırtısı, qəlb atəşi, can yanğısıdır; Sən mənim göz yaşım ol, çağla, Segah, çağla, Segah! B.Vahabzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

çağlamaq

coşmaq, daşmaq
{coşmak, taşmak}


Son arananlar: