turklehceleri.org

xülasə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xülasə

is. [fars.]
1. Müxtəsər, bir sözlə, uzun sözün qısası. Xülasə, daha nə deyim, baharın bu gözəl ayında bizim ölkə kimi gözəl ölkə az tapılar.. E.Sultanov. Xülasə, faytonçu yarım saat məni səhra ilə gətirdi. Ə.Haqverdiyev. [Qüdrət:] Xülasə, bədbinləşmək lazım deyil. M.Hüseyn.
2. Bir əsərin, nitqin və s. qısaca məzmunu, nəticəsi, mahiyyəti. Romanın xülasəsini danışmaq. • Xülasə etmək – qısa məzmununu vermək.
3. Nəticə, yekun. Əcəba o zavallı qarı altmışillik ömrünün acı fəlsəfəsinin xülasəsi olan o ibarəni neçə dəfə təkrar etmişdi? A.Şaiq. Doğrudur, [Kərbəlayı Əzimin] yanında Dilşadın adını çəkməyirlərdi, amma ümumi məsələdən xülasə çıxarmaq çətin deyildi. T.Ş.Simurq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

xülasə

I. yekun, nəhayət, nəticə
{toplam, sonuç, netice}

II. əsl, məğz, əsas, mətləb
{asıl, amaç, esas, maksat}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

xülasə

özet, velhasıl


Son arananlar: