xislət
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
xislət
is. [ər.] İnsanın təbiətinə məxsus sifət; xasiyyət, təbiət. Xoş xislət. Sərt xislət. – [Şirin Çingizə:] Əşirət dövründə bir ailə başçısının şəxsi xisləti yekə bir nəslə keçmiş və indiyə qədər də davam edir. Çəmənzəminli. Əvət, qəribədir xislətim mənim; Dinlə, uzunsa da söhbətim mənim. M.Müşfiq.