turklehceleri.org

qanun

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qanun

I. is. [ər. əsli yun.]
1. İctimai və hüquqi münasibətlərin hər hansı bir sahəsini nizama salmaq üçün dövlət tərəfindən müəyyən edilən qərar, nizamnamə. Seçki qanunu. Əmək haqqında qanunlar. Cəza qanunu. Qanun üzrə hərəkət etmək. Qanunu pozanlar məsuliyyətə cəlb olunurlar. Vergi haqqında qanun. • Qanun xaricində rəs. hüq. – qanunların himayə və mühafizəsi xaricində. Qanuna salmaq – bir şeyə qanuni, rəsmi bir şəkil vermək. Qanuni-əsasi köhn. – əsas qanun, konstitusiya. [Mehman] qanuniəsasidən başlayaraq .. vətəndaşlara verilən böyük hüquqlardan danışdı. S.Rəhimov. // Ciddi əmr, hökm, buyuruq. Şad olmayın, ey sevgili millət vükəlasi; Osmanlıda cari ola qanuni-əsasi! M.Ə.Sabir.
2. Hamı üçün məcburi olan üsul, nizam, qayda. Əxlaq qanunları. İmla qanunları.
3. Obyektiv aləmin hadisələri arasında müəyyən qaydada təzahür edən zəruri əlaqə və qarşılıqlı asılılıq, səbəb və nəticə arasında mövcud olan daxili əlaqə. İctimai inkişaf qanunları. Təbiət qanunları. Təfəkkür qanunu. – Amma təbiət öz qanununu əvvəl-axır yeritdi. C.Məmmədquluzadə.

II. is. [ər.] Yaxın və Orta Şərq ölkələrində geniş yayılmış uzunsov dördbucaq taxta üzərində gərilmiş simlərdən ibarət musiqi aləti.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qanun

I. qərar, nizamnamə
{karar, kanunname}

II. üsul, nizam, qayda
{usul, nizam, kaide}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qanun

düzen, kanun, yasa

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

qanun

a. Kanun. Asasiy qanun – Anayasa. Qanun chiqarmaq – Kanun çıkarmak. Qanungha muwapiq – Kanuna uygun.


Son arananlar: