turklehceleri.org

Dinc

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dinc

sif.
1. Başqasını narahat etməyən, əziyyət verməyən, yalnız öz işi ilə məşğul olan; sakit. Məmmədhəsən əmi dinc adamdır. C.Məmmədquluzadə. Yox, qardaş, .. uşaq çox dinc uşaqdır. S.Rəhman. • Dinc buraxmamaq – narahat etmək, rahat qoymamaq, daim narahat etmək. [Sərdar Rəşid] məni dinc buraxmırdı. M.S.Ordubadi. Dinc durmaq – başqalarına toxunmamaq, narahat etməmək. [Xəlifə:] ..Dinc durun, yazıq-yazıq orada uzanıbdır, tazı kimi ləhləyir. C.Cabbarlı; // sakit durmaq, şuluqluq, dəcəllik etməmək. Saribani-qəza dedi ki, dinc dur! Q.Zakir. Dinc durmamaq (oturmamaq) – başqalarını narahat etmək, sataşmaq, nadinclik etmək, sakit durmamaq. Şəki xanı Hacı Əbdülqədir də dinc durmur. Çəmənzəminli. Nəbi burada dinc oturmayıb bəylərə dolaşır. “Qaçaq Nəbi”. Dincə qoymaq k.t. – torpağın məhsuldarlığını bərpa etmək üçün bir müddət onda heç bir şey əkməmək. Dincə qoyulmaq – məhsuldarlığı bərpa edilmək üçün bir müddət heç bir şey əkilməmək (torpaqda). ..Bu yer ağır yerdir, çoxdandır ki, dincə qoyulmamışdır. N.Vəzirov. Dincini almaq – istirahət etmək, tənəffüs etmək, dincəlmək. [1-ci əcinnə:] Yoruldum, gəl bir az oturaq, dincimizi alaq. Ə.Haqverdiyev. ..Həmişə gəzib yorulanda burada dincimi alırdım. A.Divanbəyoğlu. ..Ov günündən sonra dincimi almaq, yeyibiçmək arzusundan artıq, Eldardan Göyərçinlə əlaqədar olan sirri dinləmək ümidi ilə dostumla birlikdə eyvana çıxdım. M.Rzaquluzadə.
2. Sülhsevər, xeyirxah, sakit.
3. Əmin-amanlıq, sülh və dinclik şəraitində keçən. Dinc inkişaf dövrü. Dinc yarış. – ..Tezliklə dinc əməyimizə qayıda bilərik. M.İbrahimov. [Nəcmi:] Bu vaxta kimi əlbirdilbir, asayişlə yaşayan, həmişə də alın təri ilə halal çörəyini yeyən bu dinc camaatın arasına nə üçün iğtişaş düşsün? Ə.Əbülhəsən.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

dinc

I. sakit, başıaşağı
{sakin, mülayim}

II. sülhsevər, sakit, fağır
{barışçı, sakin, fakir}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

dinc

müsterih, uslu


Son arananlar: