nanəcib
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
nanəcib
sif. və is. [fars. na... və ər. nəcib] Haqq-say itirən; nankor, şərəfsiz, yaramaz, namərd, bədəsil. Nanəcib adam. – [Hafizə xanım:] Gəl bundan sonra nanəcibə yaxşılıq elə. Ə.Haqverdiyev. [Nəbi:] Amma bizim bu nanəcib bəylərimiz davam edirlər. S.S.Axundov. • Nanəcib çıxmaq – yaxşılığını itirmək, haqq-say itirmək, zəhməti batırmaq. [Mələyin anası:] Gədə çox nanəcib çıxıb. M.İbrahimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
nanəcib
alçaq, rəzil, əclaf, ləyaqətsiz, pozgun, tərbiyəsiz, şərəfsiz
{alçak, rezil, rüsva, onursuz, soysuz, terbiyesiz, şerefsiz}