qaragilə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qaragilə
1. sif. Dənəsi, giləsi qara olan. Qaragilə üzüm.
2. is. Salxımlı qara və ya qırmızı turş meyvəsi olan kol bitki və bu bitkinin meyvəsi. Qaragilə xırda kol bitki olub, sıra ilə düzülmüş yumurtaşəkilli yaşıl yarpaqları və tək-tək yerləşən çəhrayı çiçəkləri vardır. Əliyev. Bu meşələrdə milyonlarla özü özbaşına bitən alma, armud, qarğıdalı, qaragilə, alça, zoğal, hər nə desən, var. S.Rəhimov. – Yanır kəpənəyin zərif qanadı; Quruyur yemşanın qaragiləsi. X.Rza.
3. sif. dan. Qaragöz mənasında. // Azərbaycan xalq havalarından birinin adı.