transkripsiya
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
transkripsiya
[lat. transcriptio – üzünü köçürmə]
1. dilç. Hər hansı bir dilin, qrafik və orfoqrafik normalarından asılı olmayaraq, bütün incəliklərinin mümkün qədər dəqiq verilməsi üçün tətbiq edilən yazı, ya işarələr sistemi. Fonetik transkripsiya. Dialektoloji materiallarda transkripsiya tətbiq etmək.
2. bax. transliterasiya. Fars sözlərinin Azərbaycan hərfləri ilə transkripsiyası.
3. mus. Bir alət və ya səs üçün yazılmış musiqi əsərinin başqa alətdə və ya səslə ifa etmək üçün uyğunlaşdırılması. Simfonik əsərin fortepiano üçün transkripsiyası.