səxavət
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
səxavət
is. [ər.] Əliaçıqlıq, comərdlik, genişürəklilik. [Vaqif:] Ağa, ..iltifat və səxavətiniz aləmə bəllidir, amma zövqü, görünür, tək almaq istəyirsiniz... Çəmənzəminli. [Mirzə:] Ağanın şanı, şövkəti, calalı, dövləti, səxavəti o qədərdir ki, yazmaqla qurtarmaz. Ə.Haqverdiyev. • Səxavət göstərmək – əliaçıqlıq etmək, comərdlik göstərmək. [Məcnun Nofələ:] Dostluğumuz xatirinə, səxavət göstərib [ovçunu] razı sal. Ə.Məmmədxanlı.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
səxavət
comərdlik, əliaçıqlıq
{cömertlik, eli açıklık}