sarsılmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sarsılmaq
f.
1. Şiddətli zərbədən dağılmaq, uçmaq, böyük zədə almaq; titrəmək. Bizim təyyarələr... Od saçır hər yan; Topların səsindən sarsılır cahan. M.Rahim. Yaxınlığa düşən mərmi partlayışından qazma möhkəmcə sarsıldı, lampa söndü .. ara qarışdı. Ə.Əbülhəsən.
2. məc. Təsirli, kədərli bir xəbərdən, işdən, hadisədən və s.-dən çox böyük həyəcan keçirmək, ruhi əzab çəkmək, mütəəssir olmaq, sarsıntı keçirmək. Oğlan bu dəhşətli tələbdən sarsıldı. Mir Cəlal. Kamal bu sərt, amansız həqiqəti ona söyləyəndə ana sarsılmışdı.. M.Rzaquluzadə.
3. məc. Qırılmaq, puç olmaq, alt-üst olmaq. Onun ümidləri hər tərəfdən sarsılmışdı. M.S.Ordubadi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
sarsılmaq
I. silkələmək, əsmək, titrəmək
{silkelenmek, sallanmak, titremek}
II. əyilmək, səndələmek
{titremek, sendelemek}
III. pozulmaq, pisləşmək, xarablaşmaq
{fenalaşmak, kötüleşmek, dağılmak}
IV. həyəcanlanmaq, əsəbiləşmək, karıxmaq, çaşmaq
{heyecanlanmak, asabileşmek, kendini kaybetmek, şaşırmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
sarsılmaq
sarsılmak