turklehceleri.org

həlim

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

həlim

I. sif. [ər.]
1. Xasiyyətcə, təbiətcə yumşaq (adam haqqında). Həlim adam. – Məkrli qadındı, gülçöhrə qızdı; Həlimdi, kövrəkdi, sərtdi, quduzdu... M.Araz. Əsmət həlim qarı Bakıda çoxdan; Yaşayır yanında böyük oğlunun. M.Rahim. // Sakit, dinc (heyvan haqqında). Həlim inək. – Sən, ey yoldaşımın həlim kəhəri; Hanı cəbhələrin o qəhrəmanı? M.Rahim. Çox çəkməzdi, görərdin, o həlim heyvan, budur, dönüb gəldi, sahibinin ətəklərinə sürtündü. Mir Cəlal.
2. Xoşagələn, ürəyəyatan, qulağa xoş gələn (səs haqqında). Müəllim bir qədər həlim və mülayim səslə soruşdu.. Ə.Vəliyev.

II. is. [ər.] İçərisində düyü və s. qaynadılması nəticəsində hasil olan qəliz su. Süzülmüş düyünün üstünə ilıq su gəzdirməklə onu yuyurlar ki, həlimi getsin.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

həlim

I. mülayim, yumşaq, sakit, dinc
{mülayim, yumuşak, sakin, huzurlu}

II. səxavətli, sadədil, tevazökar
{sahavetli, içten, mütevazı}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

həlim

halim, sakin, uysal, yumuşak


Son arananlar: