turklehceleri.org

Küy

Arı Duru Türkçe – Türkiye Türkçesi Sözlüğü (Kuleli)

küy

1. Beste

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

küy

is.
1. Qalmaqal, səs-küy; dalaşan, vuruşan, çaxnaşmaya düşən adamların çıxardığı səs. Nə gurultu, nə küy, nə səs vardır; Bir neçə ruhsuz qəfəs vardır. A.Səhhət. [Hacı Mehdi:] Səsiniz, küyünüz qonum-qonşunu az qalıb köçürtsün. Ə.Haqverdiyev. Körpüdə izdiham çox idi. Buranın özünə məxsus səs və küyü ilə bir gecikmiş paroxodu yola salırdılar. T.Ş.Simurq. • Küy basmaq – səsküy düşmək, qarışıqlıq baş vermək. Həyəti küy basdı. – Otağı küy basdı. M.Hüseyn. Küy düşmək – səs-küy düşmək, həyəcan-təlaş düşmək, şayiə yayılmaq, həyəcanlı xəbər yayılmaq. Səhər Səriyyə xəbər gətirdi ki, kəndə yaman küy düşüb. İ.Əfəndiyev. Küy salmaq – səs-küy salmaq, qışqırıq qoparmaq, qalmaqal salmaq. Küyə düşmək – 1) bir şayiə, xəbər və s.-dən həyəcanlanmaq, çaxnaşmaya düşmək, əl-ayağa düşmək; 2) başqalarına baxaraq təsirə düşmək, onlar kimi hərəkət etmək. [Telli:] Bəsdir küyə düşüb o qəndil ağaclarından əkdik. Ə.Məmmədxanlı. Küyə salmaq – bir sözü, işi, xəbəri yaymaq, aləmə bildirmək. [Əşrəf bəy:] Heç küyə salma, qoy gəlsin, görək nə xəbərdir. N.Vəzirov. [Kəndli:] ..Belə xəbəri küyə salmaq yaxşı deyil.. Ə.Əbülhəsən.
2. Hay-küy altında gizlədilən fırıldaq, yalan. Onun küyünə inanmayın. – Bu zaman heç birisi açılışıb o birisinin küyünün üstünü vurmadı. S.Rəhimov.
3. dilç. Sədanın iştirakı olmadan ağız boşluğunda yaranan danışıq səsi (səda qarşılığı).

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

küy

səs, hay-küy, qalmaqal, gurultu, tıqqıltı
{ses, patırtı, karmaşa, gürültü, takırtı}

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

küy

Melodi, ahenk.

Karaçay-Malkarca – Türkiye Türkçesi Sözlüğü (Nevruz, 1991)

küy

(malk.) bk. küv.


Son arananlar: