turklehceleri.org

GIR

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

gir

is. [fars.] Güc, qüvvət, taqət. Əlinin giri yoxdur. Qolunun giri. – Tüfəngini qaparaq; Yalınayaq çaparaq; Güvənib öz girinə; Qoşdu döyüş yerinə. M.Rahim. • Girdən düşmək (getmək) – qüvvətdən düşmək, gücdən düşmək, taqəti kəsilmək. [Adil:] Atam cəbhədən tayqılça, qolunun biri də girdən düşmüş halda qayıtdı. B.Bayramov. ‣ Girə düşmək – bax. girə keçmək. Kamil usta, oturgilən yerinə; Lovğalanıb düşmə mənim girimə. “Aşıq Qərib”. Özün öz əlinlə düşdün girimə; Haqdan sana bir bəlayəm, sən nəsən? Abdal Valeh. [Mirzə Kərim:] Hərgah mənim dediklərimə əməl olunsaydı, girə də düşməzdin. Ə.Haqverdiyev. Girə keçmək – tora düşmək, tələyə düşmək, ələ keçmək, tutulmaq. [Tağı:] Rəhim xanın adamları indi bizi axtarmamış yer qoymayıblar. Qorxuram yoldaşlarımız girə keçələr. Ə.Haqverdiyev. [Ələmdar] ..girə keçən dələduzları buraxdırıb qənimətin yarısını, bəzən də hamısını qamarlayıb götürərdi. S.Rəhimov. Girə salmaq – bax. girə vermək. Əcəl səni salıb əcəb bu girə; Sənin də gərdənin keçər zəncirə. Aşıq Həsən. Girə vermək – ələ vermək, tora salmaq. İndi [Hatəmxan ağagil] üçün bu üstüörtülü ədavət pərdəsini yırtmaq – öz əli ilə .. onu girə vermək (demək) idi. S.Rəhimov. Girinə gəlmək – əlinə gəlmək. ..A kişi, tez özünü yetir .. bəlkə heç olmasa o puldan üç il bundan irəli ianə qəsdi ilə yığılan pul qədəri girinə gələr. “Mol. Nəsr.”; // işinə yaramaq. Girinə keçmək – əlinə keçmək (düşmək). [Koroğlu:] Cəfər paşa, get, .. bir də girimə keçsən öldürəcəyəm. “Koroğlu”. [Sultan bəy:] Zalım oğlu arşınmalçının xalası yaxşı girimə keçmişdi, olmadı. Ü.Hacıbəyov. Səhərdən Salman Rüstəm kişinin girinə keçməmişdi. Hara ayaq basırdı, deyirdilər, elə indicə bu tərəfə getdi. M.İbrahimov.

Özbekçe—İngilizce Sözlük (Dirks, 2005)

gir

(Persian) boshi ~ aylan- to have one's head spin. ~ aylana/~ aylan- to go around, to circle around; to surround, to encircle. ~ atrof on all sides. ~ ur-/tashla- to spin (of a kite).

Kırgızca – Türkiye Türkçesi Sözlüğü (Yudahin)

gir

r. terazi ve kantar tası.

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

gir

r. Terazi, tartı, kantar.


Son arananlar: