safürəkli
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
safürəkli
sif. Ürəyi saf, təmiz olan; səmimi, təmizürəkli, açıqürəkli. Safürəkli adam. – [Qız:] Aydın çox mütaliə sevən, yoldaşlıqda möhkəm, safürəkli bir gəncdir. M.Hüseyn. Gülşənə elə gəlirdi ki, göy üzü bəzən ona görə ləkəsiz və şəffaf görünür ki, onun altında Qəhrəmanlar kəndində safürəkli, xoşdiləkli, həqiqi məhəbbətli gənclər yaşayırlar. Ə.Vəliyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
safürəkli
təmizürəkli, səmimi, rəhmli
{temiz kalpli, samimi, şefkatli}