peymanə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
peymanə
is. [fars.] klas.
1. Qədəh, piyalə. Sındırma qəlbini peymanə kimi. M.Rahim.
2. məc. Çaxır, şərab mənasında. Qara gözlər süzülüb sərməst olur peymanədən; Ahu tək hərdən dönüb baxmağı öldürdü məni. M.P.Vaqif. Təğafül etməsin, işrət çağıdır; İçilir hər yerdə peymanə, gəlsin. Q.Zakir.