donmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
donmaq
f.
1. Soyuğun, şaxtanın təsirindən, şiddətindən buza çevrilmək, buz halına gəlmək. Su dondu. – Nə səbəbə su qaynayanda buğ olur, niyə donanda bərkiyir? C.Məmmədquluzadə. // Buzla örtülmək. Çaylar donmuşdur. Göl donmuşdur. Pəncərələr donub. – Hələ deyirlər ki, dənizin suyu sahildən xeyli uzaqlara qədər donub. M.Rzaquluzadə. Ətrafda nə varsa donub. Ə.Məmmədxanlı.
2. Dondan, şaxtadan məhv olmaq, tələf olmaq, xarab olmaq, don vurmaq. Quşlar şaxtadan donmuşdur. Az qala donmuşdum. Ağaclarda qalan meyvələrin hamısı dondu. // Bərk üşümək, bədəni soyuqdan keyləşmək. Sərnişinlər maşında soyuqdan donurdular. Barmaqlarım donur.
3. Maye halından bərk hala keçmək; qatılaşmaq. Ərimiş mum 25 dərəcə istidə donur. Yağ donmuşdur.
4. məc. Hər hansı bir hiss və ya təəssüratın təsiri ilə bir anlıq sərbəst hərəkət qabiliyyətini itirmək. Ayını görəndə qorxusundan dondu. – Fitnə birinci beyti oxuyarkən Bəhram donur. A.Şaiq. [Qız] məni görüncə boğanaq kimi donub, yaşmağı ağzına çəkib, qönçə dəhanı gizlətdi. A.Divanbəyoğlu. • Donub qalmaq – 1) mat qalmaq, heyrət içində qalmaq, çox təəccüb etmək (bəzən “yerində”, “yerindəcə” sözləri ilə). Bu işə donub qaldım. [Şahinin] ..yanında yad bir adamın dayandığını gördük, donub qaldıq. S.Rəhman. Hamısı qorxusundan saralmış və yerindəcə donub qalmışdı. M.İbrahimov; 2) inkişaf etməmək, bir nöqtədə durub qalmaq, irəliləməmək, tərəqqi etməmək, hərəkətsiz qalmaq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
donmaq
I. soyumaq, buzlamaq
{soğumak, buzlanmak}
II. üşümək
{üşümek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
donmaq
donmak