vəd
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
vəd
is. [ər.] Bir işi yerinə yetirmək üçün qabaqcadan söz vermə, öhdəyə götürmə. [Molla İbrahim Xəlil:] ..İyirmi put, onu da yəhudilər aparsınlar ki, mənim vədim xilaf olmasın. M.F.Axundzadə. • Vəd etmək – bir işi edəcəyinə söz vermək, öhdəsinə götürmək. [Şəmsiyyə: ] Vəd edin ki, dostluğumuz əbədi olaraq qalacaqdır. M.İbrahimov. Salman kişi [Aqilə] çoxlu dəftər, rəngli qələm alacağını vəd etdi. Mir Cəlal. Vədinə xilaf çıxmaq – verdiyi sözü yerinə yetirməmək. Lətifə yenə gözlərini qaldırmadan cavab verdi: – Bəli, usta! Qoy vədinə xilaf çıxan utansın. M.Hüseyn.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
vəd
adak, vaat