nağd
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
nağd
is. [ər.]
1. Pul (hər şəkildə olur olsun). [Hacı Saleh:] Pul istəyir, deyir pulu nağd verin. S.Rəhman. • Nağd etmək (eləmək) – hər hansı bir şeyi satıb pul etmək (eləmək).
2. Puldan ibarət var, dövlət, sərvət. Min manat nağdı var. // Sif. mənasında. Hazırda mövcud olan, əldə olan, üzdə olan. Bir nəfər Hacının əqrəbasından getdiyi Kərbəlaya and içib, Hacı Səlimin bankda on altı milyon nağd pulunun yatdığını söyləyir. Ə.Haqverdiyev. // Məc. mənada. Nağd iyirmi adam var.
3. məc. dan. Mütləq, sözsüz, şəksiz, şübhəsiz, yəqin. ‣ Nağd eləmək dan. – yəqin etmək (bəzən istehza ilə deyilir). Ezamiyyətə getməyi nağd eləmək. Nağdı qoyub nisyə dalınca getmək (qaçmaq) – yerinə yetirilməsi çətin olan bir işdən, şeydən yapışmaq. Bu nəqdi qoyub nisyə dalınca nə gedim mən. S.Ə.Şirvani. Nağdı nisyəyə satmaq – bax. nağdı qoyub nisyə dalınca getmək (qaçmaq). Axmaq o adamdır ki, nağdı nisyəyə satır. S.Hüseyn.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
nağd
peşin