kövrəlmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
kövrəlmək
f.
1. Ovulmaq, dağılmaq. Lavaş kövrəlib.
2. bax. kövrəklənmək 2-ci mənada. [Xavər] sevincindən kövrəlmiş halda qapını açdı.. M.İbrahimov. Qoca sanki öz acı istehzasından özü kövrələrək, yaşarmış gözlərini kənara çevirdi. Ə.Məmmədxanlı. Arvadın kövrəldiyini görən kişi, Ümidin başına gələn əhvalatı qəti dandı.. B.Bayramov. ‣ Ürəyi (qəlbi) kövrəlmək – bax. kövrəklənmək 2-ci mənada. [Mahmud:] Sən ağlayanda mənim də ürəyim kövrəlir, ağlamağım tutur. Ə.Haqverdiyev. Bizimlə görüşərkən ürəyi kövrəlib ağladı. A.Şaiq. Dodağı nəğməli bu büllur bulaq; Könlümü açmayır, kövrəlir könül. M.Rahim.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
kövrəlmək
I. boşalmaq, yumşalmaq, həlimləşmək
{gevşemek, yumuşamak, sakinleşmek}
II. ağlamsınmaq
{duygulanmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
kövrəlmək
kırılganlaşmak, kırılmak