turklehceleri.org

işğal

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

işğal

is. [ər.] Hər hansı bir dövlətin hərbi qüvvələri tərəfindən başqa dövlətin torpağının tutulması. Aprel işğalı. – Azərbaycan Atabəylərinə məxsus torpaqlar tamamilə xarəzmlər, İraq və iranlıların işğalı altında idi. M.S.Ordubadi. • İşğal etmək – 1) tutmaq, zorla soxulmaq. Özgənin torpaqlarını işğal etmək; 2) köhn. məşğul etmək. Əski xatirələr fikrimi işğal etmişdi. S.Hüseyn. Məcidin təbrik etməyi Nadiri bir az düşündürdüsə də, amma qəlbini işğal edən hissiyyatın bu tezliklə bu rəngə girməsinə .. əhəmiyyət vermədi. B.Talıblı.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

işğal

işgal


Son arananlar: