innab
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
innab
is. [ər.]
1. Açıq-sarı çiçəkləri olan, quraqlığa davamlı ağac və bu ağacın qırmızı qabıqlı, bərk çəyirdəkli xırda, şirin meyvəsi.
2. Klassik şeirdə qırmızılıq mənasında tərkiblərdə işlənir; məs.: şərbəti-innab (qırmızı şərbət), ləbi-innab (qırmızı dodaq). ..Dərdi-eşqdə bununçun ləbi-innab gərək; Bir belə dərdi nə Loğman, nə Əflatun istər. Aciz. Mən özüm bilirəm şərbəti-innab; Dəfi-hərarəti-cigərdir mənə. Q.Zakir.