turklehceleri.org

rişxənd

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

rişxənd

is.
1. Ələ salma, lağa qoyma, istehza etmə; masqara. Salavat bu açıq rişxəndi başa düşdü. Ə.Əbülhəsən. • Rişxənd etmək (eləmək) – ələ salmaq, istehza etmək, lağa qoymaq. Kosaya rişxənd edənin top qara saqqalı gərək. (Ata, sözü). [Ələsgər:] Qardaş, sən mənim çərçi olmağıma rişxənd eləyirsən? Ə.Haqverdiyev. Rişxəndə qoymaq – bax. rişxənd etmək (eləmək). Hər pirləri rişxəndə qoyub məsxərə qılma! Ə.Qəmküsar. Zeynal həm də türkcə danışaraq, Ağasəfəri rişxəndə qoyurdu.. Ə.Əbülhəsən. Rişxəndə salmaq – rişxənd üçün hədəf etmək.
2. “ilə” qoşması ilə – ələ salaraq, masqara ilə, istehza ilə; rişxəndlə. Rişxənd ilə cavab vermək. – [İmran:] Sizdən rica edirəm ki, mənlə rişxənd ilə danışmayasınız. S.S.Axundov. [Gülsabah Mirzə Camala:] Siz bu sözləri mənə rişxənd ilə deyirsiniz? C.Cabbarlı.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

rişxənd

istehza, masqara
{alay, komedi}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

rişxənd

alay, kinaye


Son arananlar: