turklehceleri.org

igidlik

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

igidlik

is. Qoçaqlıq, qəhrəmanlıq, rəşadət. Duman dağa pərdədir; Göydə deyil, yerdədir; Ağalıq dövlət olsa; İgidlik hünərdədir. (Bayatı). [İsgəndərin] igidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayıbərabəri yox idi. Ə.Haqverdiyev. Müəllimlər qəhrəman əsgərlərin cəbhədəki igidliyi haqqında şagirdlərə maraqlı söhbətlər edib onları ruhlandırdılar. Ə.Vəliyev. • İgidlik göstərmək (etmək, eləmək) – rəşadət göstərmək, qəhrəmanlıq etmək, qoçaqlıq eləmək. Otuzunda kəklik kimi səkərsən; İgidlik eləyib qanlar tökərsən. “Koroğlu”. [Şiraslan:] Əgər atası Vətən yolunda igidlik etməsəydi, haradan onun adı qalar, ona belə qızıl ulduzla bərabər böyük bir orden və ayrıca fərman verilərdi. S.Rəhimov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

igidlik

qoçaqlıq, qəhrəmanlıq, rəşadət
{yiğitlik, kahramanlık, mertlik}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

igidlik

yiğitlik


Son arananlar: