fraksiya
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
fraksiya
I. [fr. fractio – hissə]
1. Parlamentdə, siyasi partiyada, ictimai təşkilatda və s.-də hər hansı partiya üzvlərindən ibarət mütəşəkkil qrup. [Ceyran:] Rəyasət heyəti üzvüyəm. Fraksiya iclasına gedirəm. S.Hüseyn.
2. Siyasi partiyada: partiyanın ümumi xətti ilə razılaşmayan, ondan fərqli və zidd xətt irəli sürən, partiya sıralarında qalmaqla onunla mübarizə edən dəstə, ayrıca qrup.
II. [fr. fraction – pay, hissə] kim. Distillə edilən maye qatışığının ayrıldığı hissəciklər. Neftin fraksiyası.