mürtəd
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
mürtəd
is. və sif. [ər.]
1. Öz dinini (müsəlmanlığı) atmış; Allahsız, dinsiz, imansız, babi. Məsələn, mənə deyirlər filankəs babidir, yəni mürtəddir. C.Məmmədquluzadə. [Molla Vəli:] Mən onu deyə bilərəm ki, o mürtəddir və qanı halaldır. Ə.Haqverdiyev. // Dönük, xain.
2. məc. İnsafsız, zalım, mürüvvətsiz, rəhmsiz. [Möhtəkir:] Bu mürtədlər camaatın qanını şüşəyə tutacaqlar, camaat korluq çəkəcək. P.Makulu. // Söyüş məqamında. [Rüstəm bəy Sənəmə:] A mürtəd balası, danışma, qulluqçusan, otur qulluqçu yerində! Ü.Hacıbəyov. [Fatma xanım:] Səni gücnən saxlayıram, a mürtəd oğlu! N.Vəzirov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
mürtəd
I. dönük, xain
{dönek, hain}
II. dinsiz, ateist
{dinsiz, imansız}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
mürtəd
inançsız